
- A-
- A
- A+
Dünya
11:26 / 04.05.2018
2 dəq oxunma
“Mən hər şeyimi qurban verərəm ki, dövlətim inkişaf etsin...” -Laçının ucqar kəndindəki erməni qadın
Hazırda oxunan: “Mən hər şeyimi qurban verərəm ki, dövlətim inkişaf etsin...” -Laçının ucqar kəndindəki erməni qadın
223828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənilər 26-cı ildir ki, işğal altında olan Laçın rayonunun Alıqulu kəndinin son görüntülərini yayıb.xa0xa0
Moderator.az yazır ki, “KarabakhTV”xa0 həmin görüntüləri Mir Kazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla yayıb.xa0 Xankəndindəki separatçı “Artsakh” telekanalının 2017-ci ilin qışında hazırladığı reportajın əsas məqamlarını nəzərinizə çatdırırıq.
Əsasənxa0 İsaakyan ailəsinin kənd həyatından bəhs edilir. Jurnalistə açıqlama verən Astxek İsaakyan adlı qadın Ermənistanın Şaumyan rayonundandır.xa0 Ərixa0 Gəncədəxa0 doğulub. 1960 -ci illərdə İrəvana köcublər. Deyir ki, 10 ildi, öz xahişimiz əsasında bu kəndə gəlmişik. “Kənd camaati bizi cox yaxşı qarşıladı. Bizə kömək oldular... Problem hər yerdə var, çətinlik həmişə olub. Biz çətinlikdən qorxmuruq. Mən hər şeyimi qurban verərəm ki, dövlətim inkişaf etsin, qabaga getsin...xa0
Biz İrəvandan köçmuşuk.xa0 İnstitutdakı müəllimliyimi, abituriyent hazırlıqlarımı, mərkəzdə evimi qoyub ozum buraya köçmuşəm. Buranın təbiəti insanları saflaşdırır. Burada əkinlə, arı pətəkləri saxlamaqla dolanırıq. Yollarımız çox bərbaddı...xa0
Biz əldə etdiyimiz məhsulları Ermənistanda, Rusiyada satiriq. İnsanlar gəlib 5 il burada yaşasalar, saflaşar, sağlamlaşarlar... Mən hər şeydən çox razıyam...”
Görüntülərdən bəlli olur ki, Alıqulu kəndinin yolları, infrastrukturu, evlərin içərisi bərbad vəziyyətdədir. Ermənilər yalnız bir neçə salamat qalmış evdə yaşayır. 26 il öncə azərbayacnlıların qoyub gəldiyi evlərin çoxu isə xaraba qalıb...
Xatırladaq ki, Alıqulu kəndi Laçın rayon mərkəzinin şimal-qərbində yerləşir. Rayon mərkəzindən 36 km məsafədədir. Ərazisi 834 ha-dır (meşəli ərazilər daxil deyildir). Kənd rəsmən Pircahan kənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Dəniz səviyyəsindən 1500-1600 mr yüksəklikdədir. Laçın-Kəlbəcər, Laçın-Şəlvə-Qorçu avtomobil yolunun üstündədir. Pircahan, Aşağı Qaraçanlı, Yuxarı Qaraçanlı, Bülövlük yaşayış məntəqələri ilə həmsərhəddir. Kəndin ətrafında Mirəyal dağ meşələri, Yalkənd dağı və Şeştaxta adlanan düzənlik, Qızdırma bulağı, Daş bulaq və s. yerləşir.xa0
Erməni işğalına qədər kənddə evlərin sayı 86, əhalinin sayı 369 nəfər olmuşdur.
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































