Uest-Midlensdə Safari parkında zürafə turistlərələ hücum edib.
Moderator.az xəbər verir ki, parkda olan zürafə yemək üçün başını maşının pəncərəsindən içəri soxub. Hdisədən həyacanlanan sərnişinlər maşının şüşəsini xa0qaldırmaq istəyiblər. Zürafə özünü qorumaq üçün çabalayıb. Nəticədə sərnişinlər yüngül xəsarət alıb. Həkimlər Zürafənin ciddi xəsarət almadığını bildirib.
Qeyd edək ki, bu parkda heyvanları yemləyə icazə verilir. Amma təhlükəsizlik qaydalarına riayət etməklə. Məsələn maşının pəncərəsini az açıb yem atmaq olar, əli şüşədən tam çölə çıxarmaq olmaz kimi qaydalara təhlükəsizlik üçün əməl etmək lazımdır.


































































































