Bu ölkədən Fransaya tələb:
  Kəllə sümüklərimizi verin!

Bu ölkədən Fransaya tələb: Kəllə sümüklərimizi verin!

Hazırda oxunan: Bu ölkədən Fransaya tələb: Kəllə sümüklərimizi verin!

207068
Əlcəzair Paris İnsan Müzeyində nümayiş olunan əlcəzairli üsyançıların kəllə sümüklərinin geri verilməsini tələb edir.
Bu tələbi Əlcəzairin Fransadakı səfiri Əbdülqadir Mesduva Fransa Xarici İşlər Nazirliyinə rəsmən çatdırıb. Mesduva kəllə sümükləri ilə bərabər ölkədən oğurlanan arxiv materiallarının da qaytarılmasını tələb edib.

Qeyd edək ki, Paris İnsan Müzeyində sərgilənən 18 min kəllə sümüyündən 37-si 19-cu əsrdə Fransaya qarşı ayağa qalxmış Əlcəzair üsyançılarının liderlərinə məxsusdur. Əlcəzair həmçinin Fransanı ölkədən 18 min arxiv sənədini oğurlamaqda ittiham edir.(Kult.az )
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO