Bəşəriyyəti gələcəkdə süni intellekt idarə edəcək - İlon Mask

Bəşəriyyəti gələcəkdə süni intellekt idarə edəcək - İlon Mask

Hazırda oxunan: Bəşəriyyəti gələcəkdə süni intellekt idarə edəcək - İlon Mask

201596

Bəşəriyyətin gələcəyini kompüterlər müəyyənləşdirir və bu, belə də davam edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri amerikalı milyarder, “SpaceX” kompaniyasının baş direktoru İlon Mask sosial media hesabında yazıb.

Onun sözlərinə görə, kompüterlər gələcəyi idarə edəcək:

"Onlar artıq bunu edirlər”.

Bir müddət öncə İlon Mask gələcəkdə robotların və süni intellektin insanları istənilən mal və xidmətlə təmin edə biləcəyini, əmək fəaliyyətinin isə insanların hobbisinə çevriləcəyini qeyd etmişdi.

Buna baxmayaraq, amerikalı sahibkar süni intellekt texnologiyalarının inkişafının bəşəriyyət üçün yaradacağı təhdidlər barədə dəfələrlə danışıb. O, həmçinin süni intellektə siyasət öyrədilməsinin təhlükələri barədə də xəbərdarlıq edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO