““Sepah”x9d ötən bir neçə il ərzində ABŞ ordusunun komanda nəzarət mərkəzlərinə daxil ola bilib”x9d. xa0
Bunu Iran İslam İnqilabı Keşikçilər Korpusu- “Sepah”x9dın Aeronavtika Qüvvələri komandanı general-mayor Əmir Əli Hacızadə bəyan edib.xa0
Moderator.az yazır ki, general bu haqda “İRİB”x9d telekanalına müsahibəsində xa0danışıb. Onun sözlərinə görə, İran agentləri ABŞ-ınn regionda hərbi fəaliyyətlərinə dair sənədlər əldə edib. Onların arasında Ağ Evin İraq və Suriyada “İŞİD”x9d terror qruplaşmasını dəstəkləməsinə dair sənədlər də vardır. xa0General Hacızadə bildirib ki, icazə verildiyi halda, onları yayımlayacaq: “...Bu isə ABŞ üçün böyük rüsvayçılıq olacaq. ABŞ-ın Yaxın Şərq regionu üçün önəmli proqramları vardı. İslam İnqilabı Keşikçilər Korpusu “Sepah”x9d ABŞ-ın bütün planlarını məğlubiyyətə uğratdı...”x9dxa0
General Hacızadə İran İslam İnqilabı Keşikçilər Korpusunu Yaxın Şərq regionunda “ilk qüdrət”x9d adlandırıb və əlavə edib: “Dünyada “Sepah”x9da tay ordu yoxdur və xa0terrorçu təkfirçilərlə mübarizə üçün bölgəyə gələn dünyanın bir çox ölkələrinin orduları xa0“Sepah”x9d kimi uğurlu olmamışlar.xa0
Sultan Laçın


































































































