Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?

Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?

Hazırda oxunan: Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?
187174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Söhbət zamanı İranın İsrailə qarşı hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Türkiyəli nazir regionda böhranın genişlənməsi və yayılması ehtimalından Ankaranın narahat olduğunu vurğulayıb.
“Nazir Fidan Türkiyənin Qəzzada böhran başlayandan bəri regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib. Problemin kökündə Qəzzada müharibənin olduğunu bildirən nazir Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb. O, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələrin ən doğru mesajları verməli olduğunu ifadə edib”, - mənbələr qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO