Qərb Rusiyanı məğlub edə bilməyəcək - Putin əvvəlki gücünü qaytarıb

Hazırda oxunan: Qərb Rusiyanı məğlub edə bilməyəcək - Putin əvvəlki gücünü qaytarıb

183690

Vladimir Putin yenidən prezident seçildikdən sonra ölkənun prioritet məsələsi Ukrayna probleminin həlli olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Khaleej" nəşri yazıb.

Məqalə müəllifi qeyd edir ki, Ukraynadakı müharibənin hərbi, yoxsa diplomatik yolla həll ediləcəyi məlum deyil, amma bir şey aydındır ki, Qərb Rusiyanı məğlub edə bilməyəcək:

"Geniş xalq dəstəyini qazanan Vladimir Putin Rusiyanın gücünü daha da artırmaq üçün Kremlə qayıdır. Son onilliklərdə Sovet İttifaqının dağılmasından sonra o, rəqibini zəiflətməyə çalışıb. Bu, Boris Yeltsinin dövründə olduğu kimi ölkəyə nəzarət etmək üçün edilib. Lakin Putinin hakimiyyətə gəlməsi ilə hər şey çox dəyişib. 2000-ci ildə o, Rusiyanı siyasi, hərbi, iqtisadi və digər istiqamətlərdə bərpa etməyə başlayıb.

2008-ci ildə Gürcüstanda baş verən münaqişə və 2014-cü ildə Krımın ilhaqından başqa ən mühüm hadisə 2022-ci ilin fevral ayının sonunda başlayan Ukrayna münaqişəsidir. Rusiyanın, Ukraynanın, Qərbi Avropa və Amerika dünyasının, eləcə də bütün dünya nizamının gələcəyi böyük ölçüdə onun nəticəsindən asılıdır.

Bu günə qədər, xüsusi əməliyyatın başlanmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, Qərbin Kiyevi fəal dəstəkləməsinə və bütün növ siyasi, hərbi, iqtisadi və maliyyə dəstəyini səfərbər etməsinə baxmayaraq, Moskvanın üstünlüyü hələ də var. 

Bu, Ukrayna Silahlı Qüvvələrinin “əks-hücum”unun uğursuzluğundan, Rusiyanın döyüş meydanında təşəbbüsə qayıtmasından və azad edilmiş ərazilər üzərində nəzarəti gücləndirdikdən sonra aydın oldu.

Bu gün Putinin yenidən prezident seçilməsindən sonra Rusiya Ukrayna Silahlı Qüvvələrinin yerdəki sayının azalmasından, ABŞ və Aİ-nin dəstəyinin zəifləməsindən istifadə edərək Ukrayna məsələsini sülh və ya hərbi yolla həll etməyə çalışır. Qərb isə hətta Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almaq üçün münaqişə zonasına qoşun göndərməyi təklif edib. Bu, əsasən Fransa prezidenti Emmanuel Makronun təklifi olub. 
Almaniya isə əsgərlərini Ukrayna cəbhəsinə göndərməkdən imtina etdi. Amerika və NATO da bu çağırışları rədd etdi, bunun fonunda Rusiya nüvə silahına malik olduğunu xatırlatdı. Bununla belə, Qərbdə Ukrayna münaqişəsinə son qoyulmasını tələb edən səslər eşidilməyə başlandı. Bu tendensiya danışıqlara hazır olan Moskvanın maraqlarına tam cavab verir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO