Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirus üzrə Elmi Şuranın üzvü Afşin Emre Kayipmaz RİA Novosti-yə verdiyi açıqlamada Rusiyanın COVID-19 əleyhinə Sputnik V peyvəndi testlərinin davam etdiyini və bunun ölkədə istehsalı üçün təsdiqlənməsi barədə danışmağın hələ tez olduğunu söyləyib.
Bizim.Media xəbər verir ki, daha əvvəl “Yeni Şafak” qəzeti Kayipmaza istinadən rus peyvəndinin istehsalının Türkiyədə təsdiqləndiyini bildirmişdi.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə Rusiya peyvəndinin istehsalını təsdiqlədi – Qiyməti 10 dollar olacaq
"Jurnalistə rus peyvəndinin Türkiyədə sınaqdan keçirildiyini və yalnız bəzi mərhələlərinin müsbət nəticələr verdiyini söylədim.
Başqa bir şey demədim. Görünür, jurnalist tam anlamayıb, çox üzüldüm. Qəzetə zəng etdim və xəbəri saytdan çıxartdılar”. Kayipmaz “RİA Novosti”yə belə deyib.
Bizim.Media