Krıma PUA HÜCUMU - VİDEO 

Hazırda oxunan: Krıma PUA HÜCUMU - VİDEO 

150490

Rusiya Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Krım yarımadasına hücum edən 20 PUA zərərsizləşdirilib. Rusiya hücuma görə Ukraynanı ittiham edib. Rəsmi Kiyev hücum barədə heç bir açıqlama verməyib. 

Nazirlik "Telegram" mesajlaşma proqramında yazıb ki, hücum cəhdi nəticəsində heç bir itki və dağıntı yoxdur. Bildirilib ki, 14 dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, altısı isə radioelektron mübarizə vasitələri ilə sıradan çıxarılıb. 
Yarımadanı Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən Krım körpüsündə hərəkət təxminən iki saat dayandırılıb. 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO