Qırğızıstan Özbəkistana Orto-Toki su anbarının yerləşdiyi əraziləri tərk etmək çağırışı edib.
xa0
Rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələni yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb edib.
xa0
Bu haqda Qırğızıstanın yerli informasiya agentliklərindən biri mənbələrə istinadən məlumat yayıb.
xa0
“Bişkek tərəfi Özbəkistan tərəfinə dəfələrlə bildirib ki, Orto-Toki su anbarı Qırğızıstana aiddir və onun ərazisində yerləşir”x9d, - deyə mənbə bildirib. xa0
xa0
Mənbə qeyd edir ki, Qırğızıstan dövləti ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək, Özbəkistanı beynəlxalq hüquq normalarına əmə etməyə çağırır.
xa0
SSRİ-nin ağır mirası
xa0
Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində deyil.
xa0
Su uğrunda mübarizə
xa0
Su resursları uğrunda Qırğızıstan-Özbəkistan, həmçinin, Mərkəzi Asiyanın digər dövlətlərinin də iştirakı ilə müharibənin başlaması ehtimal zaman-zaman gündəmə gəlib. Adi görünən bu məsələ əslində, kifayət qədər ciddi problemlərə yol açır. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatını nəzərə almadan hidro qurğular tikməyə başladılar.
Qırğızıstanda və Tacikistanda suya daha çox ehtiyac qış aylarına düşür - elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə artıq suyu çaylara buraxırlar. Nəticədə, qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər - pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır.
xa0
Mərkəzi Asiyada su müharibəsi
xa0
Belə vəziyyət isə region ölkələrini üz-üzə qoyur. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar”x9d hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür.
xa0
Bu ilin mart ayında isə Özbəkistanla Qırğızıstan sözün əsil mənasında müharibə həddinə çatdılar. Özbəkistan birtərəfli qaydada Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayaraq, Ala-Buka rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli transportyor yerləşdidi. Qırğızıstan isə bunun qarşılığında Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini bağladı. Lakin tərəflər hərbi qarşıdurmadan son anda geri çəkildilər.xa0
xa0
Kərimovun xəstə yatağına düşməsi...
xa0
Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsindən sonra xa0Bişkekin tarixi mübahisəni yenidən dirçəltməsi Mərkəzi Asiyada 20 ildir aktual olan su müharibəsinin baş vermə ehtimallarını gündəmə gətirir. Görünür, indiyə qədər sərt siyasəti ilə Qırğızıstana meydan oxuyan Kərimovun yoxluğu Bişkekə yarayır. Hər halda Daşkənddə hakimiyyət daxilindəki gərgin vəziyyət ərazilərini geri almaq baxımından ən çox Qırğızıstana sərf edir.
xa0
Bişkekin Daşkəndə çağırış etməsi ilə bağlı xəbərin məhz sentyabrın 1-də - Özbəkistanın müstəqillik günündə yayılması da təsadüfə bənzəmir. Əslində, bu məsələnin gündəmə gətirilməsi Özbəkistana müharibə elan etmək mənasına gəlir. (publika.az)
































































































