Savçenkonu Kreml ilə razılığa gəlməkdə ittiham etdilər

Savçenkonu Kreml ilə razılığa gəlməkdə ittiham etdilər

Hazırda oxunan: Savçenkonu Kreml ilə razılığa gəlməkdə ittiham etdilər

146709
Ukraynanın Ali Radasında Radikal partiya fraksiyasının lideri Oleqlyaşko ukraynalı hərbçi Nadejda Savçenkonun Rusiya hakimiyyəti ilə azadlığa buraxılmasının əvəzində, “Ukraynanı satmaq”x9d barədə razılaşdığını bəyan edib. 

Moderator.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə parlamentari avqustun 3-də öz “Facebook”x9d səhifəsində yazıb.  

“Savçenko ”“ müstəqil deyil, o, asılı və kənardan idarə edilən bir fiqurdur. Nadejda daha bizim hörmətimizə layiq deyil. Onu Ukrayna qəhrəmanı adından, deputat mandatından məhrum etmək və Ukraynanın AŞPA-dakı heyətindən geri çağırmaq lazımdır”x9d, - Lyaşko bəyan edib. 

Siyasətçinin fikrincə, Savçenko dediyi sözlərin Ukrayna üçün nə qədər məhvedici olduğunu özü anlayır, amma bu bəyanatları asılı olduğu və ya kompromat üçün edir.  

Avqustun 2-də Nadejda Savçenko Kiyevdə xüsusi brifinqdə çıxış edib. Ukraynanın hərbi komandanlığını kütbeyinlər adlandıraraq 2014 və 2015-ci ilin əvvələrində Silahlı qüvvələrin verdiyi çoxsaylı itkilər üçün cəzalandırmağı tələb edib. O, həmçinin əsrlərin azad edilməsi prosesinin uzadılmasına etiraz olaraq aclıq da elan edib. 

İyulun 22-də ukraynalı hərbçi bəyan edib ki, ukraynalılar Donbas sakinlərindən üzr istəməlidirlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO