Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılır

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılır

Hazırda oxunan: Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı komissiya yaradılır

146486
Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılır. 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, artıq ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib. 
Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.   
Xəbərdə komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşdirilmədiyi bildirilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO