Ermənistanda “Sasna çrer”x9d silahlı qruplaşması ilə əlaqədar 47 şəxs saxlanılıb.
Moderator.az”“ın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:
“17 iyulda patrul-mühafizə alayının binasının tutulması faktı ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 219 (binanın, nəqliyyatın və ya əlaqə vasitəsinin tutulması) və 235 ”“ci (silah-sursat və ya partlayıcı maddələrin qeyri-qanunu əldə edilməsi, saxlanması) maddələri üzrə açılan cinayət işi çərçivəsində 47 nəfər saxlanılıb və ya həbs edilib. 24 nəfərə ittiham irəli sürülüb”x9d.



































































































