İŞİD-in sirr qutusunun yeri bilindi  -

İŞİD-in sirr qutusunun yeri bilindi - "Tək qol"

Hazırda oxunan: İŞİD-in sirr qutusunun yeri bilindi - "Tək qol"

143461
İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdırmaqda şübhəli bilinən çeçen terrorçusu Əhməd Çatayevin olduğu yer müəyyənləşdirilib.
xa0
Publika.az xəbər verir ki, Çatayev İraqın Mosul vilayətinin Tel-Afer bölgəsində gizlənir.
xa0
İstanbulun hər nöqtəsini ovcunun içi kimi yaxşı tanıyan və illərlə Avropa-Türkiyə-Gürcüstan üçbucağında Qafqaz Əmirliyi (İmarat Qafqaz) üçün işləyən Əhməd Çatayev 2014-cü ildə qəflətən İŞİD-ə qatılıb. “Qafqaz Əmirliyi”x9dnin İnquşetiya üzrə nümayəndəsi Səid də onunla birlikdə İŞİD-ə qoşulub.
xa0
Çatayev İŞİD-ə qoşulduqdan sonra İraq bölgəsində olan qafqazlı döyüşçülərlə işləyib. O, əlaqələrindən istifadə edərək bir çox təcrübəli çeçen döyüşçünü də İŞİD-ə cəlb edib. Təxminən 200 nəfərlik təcrübəli çeçen qrupuna komandanlıq edən Əhməd Çatayevin Mosulun Tel-Afer bölgəsində olduğu təxmin edilir. Eyni zamanda ciddi kəşfiyyat əlaqələrinə sahib olan Əhməd Çatayev rus dilindən başqa ərəb və alman dillərini bilir.
xa0
“Tək qol”x9d ləqəbli Çatayev İŞİD-in sirr qutularından biri hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO