Peskov Kremlə hücumla bağlı Vaşinqtonu GÜNAHLANDIRDI

Peskov Kremlə hücumla bağlı Vaşinqtonu GÜNAHLANDIRDI

Hazırda oxunan: Peskov Kremlə hücumla bağlı Vaşinqtonu GÜNAHLANDIRDI

134303

Ukrayna PUA-larının Kremlə hücumu hazırda araşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Moskva bilir ki, Kiyev zərbələr üçün həm vasitələri, həm də hədəfləri Vaşinqtonun diktəsi ilə seçir. Moskva Rusiya xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Kiyevin Kremlə hücumda əli olduğunu hesab edir. Kiyevin Kremlə hücumunun arxasında Vaşinqton dayanır, ABŞ-ın Kremlə dronlarla hücum olunmasını rədd etmək cəhdləri gülüncdür. Kremlə hücumda iştirak edən Vaşinqtonun münaqişədə belə birbaşa iştirakın təhlükəsini anlaması vacibdir", - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO