“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır”.
Bizim.Media-nın məlumatına görə, bunu NATO Baş katibi Yens Stoltenberq “El Mundo”ya müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Baş katibdən NATO ölkələrinə çağırış: “Öhdəliyi yerinə yetirin!”
O bildirib ki, Rusiyaya aydın siqnal göndərilməlidir:
“Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq.
NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur.
Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır”, - deyə Y. Stoltenberq vurğulayıb.
Bizim.Media