Ekvadorda Ərdoğanı qatil adlandırdılar...

Ekvadorda Ərdoğanı qatil adlandırdılar...

Hazırda oxunan: Ekvadorda Ərdoğanı qatil adlandırdılar...
119859
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Ekvadorda Ərdoğanı qatil adlandırdılar. Moderator.az “Дни.ру”x9d-ya istinadən xəbər verir. Ekvadorda Rəcəb Təyyib Erdoğanın üstünə yerli sakinlər hücum etdilər. Kürd əhalisinə etdiyi zülmlərə görə onu qatil adlandırıblar. Türkiyə prezidenti Rəcəb Təyyib Erdoğan cənubi amerika ölkələrinə səfəri çərçivəsində Ekvadora gəlib. Kito sakinləri siyasətçini qəzəbli etirazlarla qarşılayıblar. Nümayişçilər Milli Tədqiqatlar İnstitutunun qarşısında toplanmışdılar. Erdoğan Ekvador rəhbəri Rafael Korrea ilə onların yanından keçərkən nümayişçilər türk liderini kürd əhalini öldürməkdə ittiham edərək qışqırmağa başlayıblar. Prezidentlərin mətbuat konfransı zamanı zala daxil olan aktivistlər “Qatil!”x9d deyə qışqırıblar. Kadrlardan göründüyünə görə, təhlükəsizlik xidməti anında işə qarışaraq onları zaldan çıxarıb. Qeyd edək ki, hadisə jurnalistlərlə dövlət başçılarının dialoquna təsir etməyib. Xatırladaq ki, Erdoğan dəfələrlə Kürdüstan Fəhlə partiyasının nümayəndələrini 2015-ci ilin oktyabr ayında Ankarada törədilən terror aktında təqsirləndirib. Bundan əlavə, o, orduya İraqdakı kürd mövqelərinə vurmaq əmri verib. Lakin, bəzi ekspertlər əmindirlər ki, bu şəkildə Türkiyənin lideri siyasi nüfuz qazanmaq istəyir. Tərcümə etdi: Ramil Həsənli.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO