“İnterpol”un axtardığı sabiq prezidentin qızının Nüsrətin restoranında görüntüləri yayıldı

“İnterpol”un axtardığı sabiq prezidentin qızının Nüsrətin restoranında görüntüləri yayıldı

Hazırda oxunan: “İnterpol”un axtardığı sabiq prezidentin qızının Nüsrətin restoranında görüntüləri yayıldı

118382

“İnterpol” tərəfindən axtarışa verilmiş Anqolanın sabiq Prezidenti Xose Eduardo dos Santosun qızı 49 yaşlı İzabel dos Santosun Türkiyəli tanınmış aşpaz Nüsrət Gökçenin Dubaydakı restoranında görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hər yerdə axtarılmasına baxmayaraq, lüks məkanlardan görüntülər paylaşan sabiq prezidentin qızının 5 milyon dollarlıq çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunduğu bildirilir. 
Adıçəkilən qadının Nüsrətin restoranındakı görüntülərini onun dostu instaqram hesabında paylaşıb.

Həmin görüntülərdə İzabel dos Santosa şəxsən Nüsrətin özünün xidmət göstərdiyi aydın görünür.

Qeyd olunur ki, Anqolanı 38 il idarə edən sabiq Prezident Xose Eduardo dos Santos 2017-ci ilə qədər bu vəzifədə qalıb. İzabel isə Afrika qitəsinin ən zəngin qadını hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO