NATO qoşunları Əfqanıstandan çəkilir?

NATO qoşunları Əfqanıstandan çəkilir?

Hazırda oxunan: NATO qoşunları Əfqanıstandan çəkilir?

11810

Qoşunların Əfqanıstandan çıxarılmasından sonra ölkənin terrorçular üçün sığınacağa çevriləcəyi riskini nəzərə alsaq, alyansın Kabildəki missiyası üzrə verəcəyi qərar heç də asan olmayacaq.

Bizim.Media 2France 24” kanalına istinadən məlumat verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq çıxışında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

NATO-nun 30 il gecikmiş Qarabağ planı


"Biz qalıb hərbi missiyamızı davam etdirə bilərik və ya Əfqanıstandan ayrılıb ölkəni yenidən terrorçuların sığınacağına çevirmək riski altında qoya bilərik. Sadə bir seçim yoxdur", - deyə Stoltenberq bildirib.

Qeyd edək ki, son günlərdə Taliban rəhbərliyi NATO ölkələrinə hərbi qüvvələri Əfqanıstandan çıxarmaqla bağlı tələb göndərmişdi. 

"Qarşıdan gələn NATO nazirlər toplantısına mesajımız budur ki, işğalın və müharibənin davam etməsi nə sizin, nə də sizin və xalqımızın mənafeyidir.

"Müharibələrin və işğalı uzatmaq istəyən hər kəs bunun üçün əvvəlki iyirmi ildə olduğu kimi məsuliyyət daşıyacaq", deyə Taliban rəhbərliyi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO