Somalinin paytaxtında iki partlayışda ölənlərin sayı 104-ə çatdı

Somalinin paytaxtında iki partlayışda ölənlərin sayı 104-ə çatdı

Hazırda oxunan: Somalinin paytaxtında iki partlayışda ölənlərin sayı 104-ə çatdı

101951

Oktyabrın 29-da “Əş-Şəbab” silahlılarının Somalinin paytaxtı Moqadişonun mərkəzində Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 104-ə yüksəlib.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə bazar günü paytaxtın meri Yasin Madale deyib.

"Ölənlərlə yanaşı, daha 269 nəfər yaralanıb", - deyə şəhərin meri əlavə edib.

Xatırladaq ki, ötən gün səhər saatlarında Somalinin paytaxtı Moqadişo şəhərində Təhsil Nazirliyinin binasının qarşısında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO