Salyan rayonunda sərhəddəki son təxribatlarda şəhid olan evin tək oğlu Elmi Səmədov dəfn edilib.
Bizim.Media xəbər verir ki, Salyan rayonunun Qızılağac kənd sakini, 1996-cı il təvəllüdlü Səmədov Elmi Mirzəli oğlu Maxi Almalı kənd qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, İcra Hakimiyyətinin rəsmiləri, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. O, evin tək oğlu olub.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib. Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:04 / 14.09.2022
Salyan şəhidi son mənzilə yola salındı - FOTO
Hazırda oxunan: Salyan şəhidi son mənzilə yola salındı - FOTO
Hazırda oxunan: Salyan şəhidi son mənzilə yola salındı - FOTO
93691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.