Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.
DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək
Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:48 / 21.08.2022
Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirildi
Hazırda oxunan: Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirildi
Hazırda oxunan: Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirildi
89667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.