Aytacı öldürən oğlanın atası iflic oldu

Aytacı öldürən oğlanın atası iflic oldu

Hazırda oxunan: Aytacı öldürən oğlanın atası iflic oldu

77098
17 yaşlı Aytac Babayevanın ölümü və qətli törətmiş İzzət Hüseynovla bağlı müzakirələr mətbuatda və sosial şəbəkələrdə səngimək bilmir. Qonşuların sözlərinə görə, hadisədən sonra İzzətin atası Natiq Hüseynov iflic olub, hazırda xəstəxanada müalicə alır, bacıları isə qorxudan evdə qalmırlar.

“İzzətin ailəsi bu olaydan sonra evlərini də tərk ediblər. Atası hadisədən sonra iflic oldu, bədəninin bir hissəsi işləmir. İndi xəstəxanada müalicə alır. Aytacın qətlindən sonra onlar çox pis vəziyyətə düşdülər. İzzətin bacıları qorxudan evdə qalmırlar. Onlar Aytacın qohumlarının hər an hadisə törədəcəklərindən qorxduqları üçün gecə vaxtı evdən çıxdılar. Biz onların Azərbaycanı tərk edərək Gürcüstana getdiklərini eşitmişik. Oğlunun əməlinə görə atası Natiq çox əzab və stess keçirib. Ürəyi buna tab gətirmədi. Onlar çox çətinlikə yaşayırdılar." - bu sözləri qətli törətmiş İzzətin qonuşları deyib.

Qeyd edək ki, Bakıda 11-ci sinif şagirdi Aytac Babayeva 20 yaşlı İzzət Hüseynov tərəfindən amansızlıqla qətlə yetirilmişdi.//azvision.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO