Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev tanınmış ziyalı Əli Nasiri ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Mən
Talış olduğum qədər də azərbaycanlıyam!" deyən, "Haqq yolunda
durmuşuq, bu baş, bu bədən- Ey Ana vətən!" hayqıraraq milyonları riqqətə gətirib
mübarizəyə səsləyən, yazdığı hər misrada ulu Talışın ruhunu və Azərbaycan
sevgisi yaşadan dostum Əli Nasiri 60 yaşı münasibəti ilə sidq-ürəklə təbrik
edirəm! Sən bütün varlığınla ölkəmizi azad, demokratik və xoşbəxt
görmək istəyən istiqlal şairimiz-, səmimi,yeganə və bənzərsiz Əli Nasirimizsən!
Yeni-yeni yaradıcılıq uğurları, xoşbəxtlik və möhkəm can sağlığı arzusuyla! Hər
zaman Allah-Təalanın amanında olasn, gözəl şair!"

































































































