Həbsdə olan jurnalist Pərviz Həşimlinin səhhətində problem var.
Bu barədə
Moderator.az-ı jurnalistin ailəsi məlumatlandırıb. Məlumata görə, evlə əlaqə
saxlayan jurnalist səhhəti ilə bağlı şikayətini dilə gətirib:
“Pərviz
havaların soyuq keçməsi və yataqxanalarında istilik sisteminin olmaması səbəbi
ilə möhkəm soyuqladığını bildirdi. Özünü pis hiss etdiyini vurğulayan Pərviz səhhətindəki
problemlərdən danışdı.
Təbii
ki, onun bu açıqlaması bizdə də ciddi narahatlıq doğurub. Ümid edirik ki, Pərvizə
lazımi tibbi yardım göstəriləcək və o, yaxın günlərdə öz sağlamlığına qovuşacaq”x9d.
Xatırladaq
ki, Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs
edilib, qaçaqmalçılıq və qanunsuz silah saxlamaqda ittiham olunub. Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist
ittihamları qəbul etmir, sifarişlə həbs olunduğunu bəyan edib. Beynəlxalq hüquq
müdafiə təşkilatı Amnestey İnternasional jurnalisti vicdan məhbusu elan edib.



































































































