Mingəçevirdə iş adamı vəfat etdi - “Yardım edin, ölürəm” dedi və...

Mingəçevirdə iş adamı vəfat etdi - “Yardım edin, ölürəm” dedi və...

Hazırda oxunan: Mingəçevirdə iş adamı vəfat etdi - “Yardım edin, ölürəm” dedi və...

71239

Mingəçevirdə 54 yaşlı iş adamı yardım üçün gəldiyi xəstəxananın girişində keçinib.

Bizim.Media-nın məlumatına görə, hadisə az öncə Şəhər Mərkəzi Xəstəxanasında yaşanıb. 1968-ci il təvəllüdlü şəhər sakini Tahir Quliyev səhər saatlarında “Ford” markalı minik maşını ilə xəstəxanaya gələrək “Yardım edin, ölürəm” deyib.

Girişdəki divanda əyləşən və cəmi 2-3 dəqiqə ərzində T.Quliyevin yardımına yetişən həkim briqadası onun huşsuz vəziyyətdə olduğunu görüb.
Həkimlərin pasiyenti xilas etmək üçün bütün cəhdlərinə rəğmən müraciət edən şəxsi xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tahir Quliyev sahibkardır və  şəhərdə qapı-pəncərə istehsalı ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Ehriram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO