Xocasəndəki yerüstü metro stansiyası ilə bağlı yeni XƏBƏR

Xocasəndəki yerüstü metro stansiyası ilə bağlı yeni XƏBƏR

Hazırda oxunan: Xocasəndəki yerüstü metro stansiyası ilə bağlı yeni XƏBƏR

70777

Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən "Xocasən" deposunun sərnişin stansiyası üzərində çətirin qurulmasına başlanıb.

Bizim.Media xəbər verir ki, bunu Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri davam etdirilir.

"Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu infrastrukturu başlanacaq. Stansiyada hazırda yardımçı və texniki otaqlarda infrastruktur işləri davam etdirilir.

Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır", - B. Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırki səviyyədə davam edərsə, Xocahəsən deposu və yerüstü metro stansiyası bu ilin axırına istifadəyə verilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO