Gəncədə avtomobil 2 piyadanı vurdu  – Biri xəstəxanada öldü

Gəncədə avtomobil 2 piyadanı vurdu  – Biri xəstəxanada öldü

Hazırda oxunan: Gəncədə avtomobil 2 piyadanı vurdu  – Biri xəstəxanada öldü

69395

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Atatürk prospektində hərəkətdə olan "VAZ 2107" markalı minik maşını iki piyadanı vurub. 

Xəsarət alan iki orta yaşlı piyada dərhal xəstəxanaya yerləşdirilib. 

Həkimlərin səyinə baxmayaraq piyadalardan birinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Piyadaların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO