Şəmkirdə yük qatarının iki nəfəri vurmasının təfərrüatı bəlli olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.
Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova qatarın fit səsini gec eşitdikləriindən lokomotivin küləyi onları vuraraq kənara atıb.
MÖVZU İLƏ BAĞLI:
Şəmkirdə yük qatarı 2 qadını vurdu - TƏFƏRRÜAT
Müxtəlif bədən xəsarətləri alan hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq müafizə orqanları cəlb olunub.
Məqsəd Rəhimov, Bizim.Media