Çernobıl əlillərinə avtomobil verildi

Çernobıl əlillərinə avtomobil verildi

Hazırda oxunan: Çernobıl əlillərinə avtomobil verildi

6902

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.

A. Kərimov bu gün daha 96 nəfər avtomobillə təmin edildiyini deyib.

O, müharibə ilə əlaqədar əlilliyi olanlara və onlara bərabər tutulanlara - hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7150 avtomobil verildiyini diqqətə çatdırıb. 

A. Kərimov əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına bir sıra yeni reabilitasiya vasitələrinin əlavə edildiyini, ölkəmizdə artıq yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsi işlərinə başlandığını diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO