Şəmkirdə narkotik alan da tutuldu, satan da - FOTO

Şəmkirdə narkotik alan da tutuldu, satan da - FOTO

Hazırda oxunan: Şəmkirdə narkotik alan da tutuldu, satan da - FOTO

68647

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elgün Məmmədov və Rüfət Quluzadə saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, onların üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkarlanaraq götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni 105 manata satan Gəncə şəhər sakini Orxan Qasımov da saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitə satmasını etiraf edib.

Faktlarla bağlı Şəmkir Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO