Naxçıvanda məktəb faciəsində ölənlərin FOTOLARI 

Naxçıvanda məktəb faciəsində ölənlərin FOTOLARI 

Hazırda oxunan: Naxçıvanda məktəb faciəsində ölənlərin FOTOLARI 

67430

Xəbər verdiyimiz kimi, ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb. 

Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü Asəf İsmayıl oğlu Rüstəmovdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda məktəb binası uçdu - 4 ölü, 1 yaralı var - RƏSMİ AÇIQLAMA - FOTO


Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb. Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb. 

Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi. 

Bizim.Media “Qafqazinfo”ya istinadən hadisə zamanı ölən şəxslərin fotolarını təqdim edir: 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO