
- A-
- A
- A+
Cəmiyyət
22:22 / 18.01.2015
1 dəq oxunma
300 minlik maşının sahibi yol polisinin komandiri ilə məzələndi - VİDEO
Hazırda oxunan: 300 minlik maşının sahibi yol polisinin komandiri ilə məzələndi - VİDEO
67310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yanvarın 16-dan 17-nə keçən gecə keçirdiyi reyd zamanı təxminən 300 min manatlıq dəyəri olan avtomobil cərimə meydançasına aparılıb. Buna səbəb isə həmin avtomobilin pərdə ilə idarə edilməsidir. Üstəlik, sürücü yol polisinə tabe olmayaraq qaçdığı üçün maşını cərimə meydançasına gedib. XX-609- AZ TR 15 dövlət nömrə nişanlı, son model "Galendewagen" markalı bu avtomobil "Meqapolis" restoranının yanında saxlanılıb.xa0
Avtomobili saxlayan Bakı şəhər DYPİ-nin tağım komandiri, mayor Cəmşid Hənifəyev Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitəsini idarə edən gənc sürücü maşını saxlayandan sonra düşüb qaçıb: "Düşən kimi maşının qapılarını bağlayıb restorana girdi. Əməkdaşlarımız onu tapa bilsələr də, maşına yaxın gəlmədi. Açarları verib, özü isə restorana oturub öz kefindədir".
İlkin araşdırmalar zamanı məlum olub ki, avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmayıb. Ümumiyyətlə, onun heç sürücülük vəsiqəsi almağa yaşı da çatmır. Polisdən qaçmağının səbəbi də bu imiş.
Yol polisləri həmin şəxsi sonradan tapa bilməsələr də, maşını cərimə meydançasına aparıblar. Hazırda araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































