Gəncədə AĞIR QƏZA: Yol kənarında dayanan 3 tələbəni maşın vurdu - FOTO

Gəncədə AĞIR QƏZA: Yol kənarında dayanan 3 tələbəni maşın vurdu - FOTO

Hazırda oxunan: Gəncədə AĞIR QƏZA: Yol kənarında dayanan 3 tələbəni maşın vurdu - FOTO

65222

Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır qəza baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Fətulla Həsənov küçəsində hərəkətdə olan “Mercedes” markalı avtomobil yol kənarında dayanan 3 tələbəni vurub.

Qəza zamanı Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Rzayev Eltun Akif oğlu, Şəki sakini 2003-cü il təvəllüdlü Məmmədov Pərvin Kamal oğlu və Tovuz sakini 2002-ci il təvəllüdlü Musayev Təbriz Pərviz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin xəbərə görə onlardan Rzayev Eltunun vəziyyəti ağırdır. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Əldə olunan məlumata görə, hadisəyə səbəb avtomobilin şinlərindəki nasazlıq olub. Faktla araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO