“Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram?! Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür, belə olmasa bunu başa da düşə bilməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında deputat Razi Nurullayev deyib.
Millət vəkili iclasda uşaqpulu məsələsinə toxunub.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir:
“Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”, - deyə spiker söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:39 / 25.12.2020
Milli Məclisdə uşaqpulu yenidən gündəmə gətirildi
Hazırda oxunan: Milli Məclisdə uşaqpulu yenidən gündəmə gətirildi
Hazırda oxunan: Milli Məclisdə uşaqpulu yenidən gündəmə gətirildi
6316
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.