Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb – FOTO

Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb – FOTO

Hazırda oxunan: Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb – FOTO
627093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şair Gəray Göyyurdun “Bizim ailəmizdir dost, qardaş Türk dünyası” adlı yeni kitabı “Zərdabi Nəşr”də nəfis tərtibarla nəşr olunub.

Bizim.Media xəbər verir ki, 248 səhifəlik kitabda müəllifin Türk dünyası ünvanlı şeirləri, poemaları toplanıb.

Kitabın əsas ideya xəttini Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının mənəvi birliyi, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və Turan məfkurəsi təşkil edir.

Müəllif bu mövzuları lirika ilə vətəndaşlıq duyğusunun vəhdətində təqdim edir.

Topluda “İki qardaş, iki Cumhurbaşqanı”, “Şuşa Bəyannaməsi”, “Gəldi türkün ordusu, gəldi Azərbaycana”, “Qalib bir ölkənin vətəndaşıyam”, “Bizim ailəmizdir dost, qardaş Türk dünyası” və digər şeirlər vasitəsilə Azərbaycanın dövlətçilik idealları, qardaş Türkiyə ilə sarsılmaz həmrəyliyi və ümumtürk birliyi poetik dillə tərənnüm olunur.

Nəşrin redaktoru Fəxri Uğurludur.

Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb – FOTO - foto 1
Gəray Göyyurdun yeni şeir kitabı gün üzü görüb – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO