Bakıda teplovoz avtomobillə toqquşdu, ölən var - VİDEO

Bakıda teplovoz avtomobillə toqquşdu, ölən var - VİDEO

Hazırda oxunan: Bakıda teplovoz avtomobillə toqquşdu, ölən var - VİDEO

62283

Bakıda teplovoz avtomobillə toqquşub, ölən var.

Bizim.Media xəbər verir ki, hadisə fevralın 26-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, maşinst – Füzuli rayon sakini, 1989-cu il təvəllüdlü Kamil İmanov və maşinst köməkçisi – paytaxt sakini, 1975-ci il təvəllüdlü Vasif Mustafayevin idarə etdiyi Biləcəri-Lokomotiv deposuna məxsus teplovozla Xəzər rayonu, Binə qəsəbəsi, Qala-Binə dəmiryolu mənzilinin 30-cu kilometrliyində qorunmayan dəmiryolu keçidində hərəkətdə olarkən sürücü – Sumqayıt sakini, 2001-ci il təvəllüdlü Nicat Fərzəliyevin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil toqquşub.

Nəticədə sürücü və onun sərnişini Yaqub Yusifzadə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Fevralın 27-də N.Fərzəliyev orada ölüb.

Faktla bağlı Sabunçu Xətt Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır (report).

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO