Ukraynalı uşaqların növbəti heyəti Qəbələdə istirahət edir - FOTO

Ukraynalı uşaqların növbəti heyəti Qəbələdə istirahət edir - FOTO

Hazırda oxunan: Ukraynalı uşaqların növbəti heyəti Qəbələdə istirahət edir - FOTO
618275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən Ukraynalı uşaqlar və onların qrup rəhbərləri bu gün Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə səfər edib, tariximizlə yaxından tanış olublar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonuna baxış keçirən qonaqlara Qoruğun ekskursiyaçıları tərəfindən qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan tarixi, maddi və mədəniyyət nümunələri barədə geniş məlumat verilib.
 

Qeyd olunub ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində dövrü olaraq aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında müvafiq tədqiq olunduqdan sonra sərgi salonunda turistlər üçün nümayiş olunur.


Daha sonra qonaqlar Qəbələ Arxeoloji Mərkəzinin akt zalına dəvət olunub və onlara Mərkəz haqqında geniş məlumat verilib.

Ukraynalı qonaqlar həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun tarixi məkanları olan “Qala” və “Səlbir” adlanan arxeoloji ərazilərə səfər ediblər.

Burada onlara dövrü olaraq aparılmış arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar edilmiş maddi-mədəniyyət nümunələri olan ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və tarixi tapıntılar haqqında geniş məlumatlar verilib, öz möhtəşəmliyi ilə tarixi sınaqlardan bu günümüzədək gəlib çıxan qala divarlarına yaxından baxış keçiriblər.

Ukraynalı uşaqların növbəti heyəti Qəbələdə istirahət edir - FOTO - foto 1
Ukraynalı uşaqların növbəti heyəti Qəbələdə istirahət edir - FOTO - foto 2

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO