Ukraynadan onlar da Azərbaycana gəldi

Ukraynadan onlar da Azərbaycana gəldi

Hazırda oxunan: Ukraynadan onlar da Azərbaycana gəldi
618168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına Humanitar "Linqvist" liseyinin bir qrup şagirdi və müəllimi Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəvəti ilə təşkil olunub.

Səfər çərçivəsində ukraynalı məktəblilər Bakı, Qəbələ, Şəki və Zaqatalada olacaq, burada Azərbaycanın zəngin mədəni irsi, ənənələri və müasir inkişafı ilə tanış olacaqlar.
 

"Belə təşəbbüslər Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfədir, ukraynalı uşaqların inkişafı, istirahəti və mədəniyyətlərarası dialoqu üçün yeni imkanlar yaradır", - o qeyd edib.


Bununla yanaşı, diplomat Ukraynaya dəstəyə və ukraynalı uşaqlara göstərilən qayğıya görə SOCAR-a və azərbaycanlı tərəfdaşlara təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO