Qubada sağlam ağacları kim qırıb? – Araşdırma aparılır  

Qubada sağlam ağacları kim qırıb? – Araşdırma aparılır  

Hazırda oxunan: Qubada sağlam ağacları kim qırıb? – Araşdırma aparılır  

61729

Qubanın Dağlı kəndindən Vladimirovka kəndinə gedən su arxının yanında qanunsuz ağac qırılması müşahidə edilib.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı ekologiya və təbii sərvətlər idarəsindən verilən məlumata görə, ərazi bələdiyyə mülkiyyətinə aid olmaqla pay torpağı arasındakı yaşıllıq zolağına aiddir.

Bu barədə Qubanın Vladimirovka kənd bələdiyyəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı idarəsinə məlumat verilib.
Şöbədən Bizim.Media-ya bildirilib ki, sabah sağlam akasiya və göyrüc ağaclarının kim tərəfindən qırıldığını öyrənmək üçün Quba rayon prokurorluğuna müraciət ediləcək.    

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO