Samuxda evdə YANĞIN, 3 yaşlı uşaq ağır xəsarət aldı - FOTO 

Samuxda evdə YANĞIN, 3 yaşlı uşaq ağır xəsarət aldı - FOTO 

Hazırda oxunan: Samuxda evdə YANĞIN, 3 yaşlı uşaq ağır xəsarət aldı - FOTO 

0:00
0:00
61256

Samux rayonunda insan xəsarətləri ilə nəticələnən yanğın hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyidlər kəndində qeydə alınıb.  

Kənd sakininə məxsus ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə, digər otağının tavanı 2 m² sahədə yanıb.  

Şahidlərin sözlərinə görə evdə yanğın anidən başlayıb. Dərhal  hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.  

Hadisə zamanı evdə olan 2019-cu il təvəllüdlü Bayramov Bakir Emin oğlu yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.  

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

*** 11:03

Samux rayonunun Seyidlər kəndində 3 otaqlı evdə yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə zamanı azyaşlı B.Bayramov xəsarət alıb və xəstəxanaya aparılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO