Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Hazırda oxunan: Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

606934

Paytaxtın mərkəzində, 28 May küçəsində yerləşən "El Pizza" restoranında axşam saatlarında yanğın baş verib.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, hadisə yerinə оperativ şəkildə müdaxilə olunub və alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Hazırda yanğın tam söndürülüb, ərazidə isə tüstülənmə müşahidə olunur.

Hadisə şahidlərindən biri baş verənləri belə təsvir edib:

"Qızım birdən qapını bərk döydü. Elə bildim, başına nəsə gəlib, kimsə onu təqib edir. Dedi ki, bina yanır, tez bayıra çıxın. Hər tərəfi tüstü basmışdı, göz-gözü görmürdü.
 

Mən həmişə onlara deyirdim ki, pizzanı elektrik sobasında hazırlayın. Amma odun, taxta gətirib yandırır, onunla bişirirdilər. Bu tikili UNESCO siyahısına düşmüş, 100 ildən çox yaşı olan tarixi binadır. Üzərində də lövhə var, toxunulmaz binadır.


Üç-dörd il əvvəl buranı satdılar, bir nəfər aldı və burada restoran açdı. Bütün qonşular, dörd-beş ailə etiraz etdi ki, burada pizza bişirmək olmaz. Hər yerə zəng etdik, müraciət etdik.
Dəfələrlə dedik ki, bu obyekti bağlayın, amma heç kim tədbir görmədi. Axırı belə oldu, bina yandı".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO