Fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində 1987-ci il təvəllüdlü Rusif Şıxov, arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların 3 azyaşlı uşaqlarının ölməsi ilə bağlı məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Qusarda 5 nəfərin ölümü ilə bağlı xəbəri polisə qonşuları verib – Uşaqlar dərsə getmədiyindən...
Hadisə yeri və meyitlərin ilkin müayinəsi nəticəsində hadisənin dəm qazı səbəbindən baş verməsi ehtimal olunur.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.
Bizim.Media