Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rusiyada heyvanlar arasında xəstəlik YAYILDI - Ölkəmizə idxal dayandırılıb? – RƏSMİ AÇIQLAMA

598711

Rusiyanın bir neçə bölgəsində təhlükəli heyvan xəstəliyi olan pasterellyoz qeydə alınıb. Bu səbəbdən bəzi ölkələr, o cümlədən Qazaxıstan Rusiyadan ət və heyvan idxalını dayandırıb. Bu qadağa tranzit daşımalara da aiddir.

Bu xəstəlik təkcə heyvanlar üçün deyil, həm də insanlar üçün təhlükəlidir.

Belə ki, pasterellyoz (hemorragik septisemiya) heyvanlara, quşlara və insanlara təsir edən kəskin zoonotik bakterial infeksiyadır. Xəstəlik qızdırma, sepsis, dəri zədələnmələri, tənəffüs yollarının infeksiyaları və oynaq infeksiyaları ilə xarakterizə olunur və yoluxmuş heyvanlarla təmas, su və qida yolu ilə ötürülür.

Nəzərə alaq ki, Azərbaycan da bir sıra ölkələrlə yanaşı Rusiyadan diri heyvan və ət idxal edir.

Elə isə pasterellyoz xəstəliyinin yayılmasından sonra Rusiyadan heyvan və ət idxalına qadağa qoyulubmu?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO