Bu ölkələrlə viza rejimi SADƏLƏŞDİRİLƏ BİLƏR – RƏSMİ

Bu ölkələrlə viza rejimi SADƏLƏŞDİRİLƏ BİLƏR – RƏSMİ

Hazırda oxunan: Bu ölkələrlə viza rejimi SADƏLƏŞDİRİLƏ BİLƏR – RƏSMİ

598700

“Son dövrlərdə bir sıra ölkələrlə viza rejimi sadələşdirilib. Bu kontekstdə xüsusilə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Çin Xalq Respublikası, Serbiya və Mərakeşlə tətbiq olunan mexanizmləri qeyd etmək olar. Hazırda onlarla ölkə ilə danışıqlar davam etdirilir. Bu proses yalnız dost və tərəfdaş dövlətlərlə aparılır və burada həm daxili, həm də xarici siyasət maraqları, milli təhlükəsizlik və miqrasiya məsələləri nəzərə alınır".

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Qurum rəsmisi bildirib ki, 15 fevral tarixindən etibarən 4 ölkə üzrə müvəqqəti birtərəfli vizasız rejim qüvvəyə minib. 

"Bu ölkələr əsasən ərəb dövlətləridir. Yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavə olunması istiqamətində iş aparılır. Əsas məqsəd Azərbaycanın dost və strateji tərəfdaş ölkələrlə münasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək, miqrasiya riski olmayan turist axınını artırmaq, eyni zamanda qarşılıqlı maraqları təmin etməkdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO