Gəncə İcra Hakimiyyətindən sahibsiz itlərin güllələnməsi ilə bağlı AÇIQLAMA

Gəncə İcra Hakimiyyətindən sahibsiz itlərin güllələnməsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Gəncə İcra Hakimiyyətindən sahibsiz itlərin güllələnməsi ilə bağlı AÇIQLAMA

58665

Sahibsiz itlərin güllələnməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir göstəriş verilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə Şəhər İcra Hakimiyyəti yayıb.

Mənbə qeyd edib ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib.

Bununla yanaşı, çəkiliş aparılan sözügedən məişət tullantıları poliqonunun Gəncə şəhərinin ərazisinə aid olub-olmaması da araşdırılır.

"Həmçinin bildirək ki, Gəncə şəhərinin məişət tullantıları poliqonu şəhər kənarında yerləşir və ətraf ərazilərdən də ora tullantılar gətirilir. Sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün hazırda Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə layihəsi əsasında sığınacaq hazırlanır. Yaxın günlərdə sığınacaq fəaliyyətə başlayacaqdır", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək məişət tullantıları poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO