22 gündür itkin düşən SOCAR işçisindən XƏBƏR VAR – “Özünə məxsus əşya...”

22 gündür itkin düşən SOCAR işçisindən XƏBƏR VAR – “Özünə məxsus əşya...”

Hazırda oxunan: 22 gündür itkin düşən SOCAR işçisindən XƏBƏR VAR – “Özünə məxsus əşya...”

52130

22 gündür itkin düşən SOCAR işçisindən hələ xəbər yoxdur. Dekabrın 1-dən Neft Daşlarında itkin düşən SOCAR-ın elektrik montyoru Mürsəl Həsənəli oğlu Namazov hələki tapılmayıb.

Bu barədə Bizim.Media-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə hava şəraiti imkan verdikcə, axtarış tədbirləri aparılır. Hava küləkli və kəskinləşəndə isə məcburi olaraq axtarışlar dayandırılır:
 

MÖVZU İLƏ BAĞLI:

8 gündür itkin düşən SOCAR işçisinin axtarışları DAYANDIRILIB? - Rəsmi AÇIQLAMA 


“Qaldı ki, itkin neftçinin harada olmasına, bununla bağlı hər hansı ehtimal və məlumat yoxdur. Təssüf ki, hazırda heç bir işarə mövcud deyil. Axtarışlar zamanı özünə məxsus hər hansı əşya və ya geyim də çıxmayıb”.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən itkin düşüb. Sonuncu dəfə o, saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra Mürsəl Namazovu görən olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO