Əcnəbi vətəndaşlar necə SMS icazəsi ala bilər? - AÇIQLAMA

Əcnəbi vətəndaşlar necə SMS icazəsi ala bilər? - AÇIQLAMA

Hazırda oxunan: Əcnəbi vətəndaşlar necə SMS icazəsi ala bilər? - AÇIQLAMA

5184

Azərbaycanda yaşama icazəsi olmayan şəxslərin SMS icazədən necə istifadə edəcəyi məlum olub.

Bizim.Media-nın məlumatına görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Facebook” hesabında paylaşım edib.

V. Hüseynov qeyd edib ki, SMS-icazə üçün yaşama icazəsinin üzərindəki, belə icazə yoxdursa, olduğu yer üzrə qeydiyyat nömrəsindən istifadə edilir:

“919 Çağrı Xidməti fasiləsiz və gücləndirilmiş rejimdə işləyir, bununla belə, xüsusi zərurət yoxdursa, əcnəbi vətəndaşlar SMS-icazə üçün nömrəni axşam və ya gecə saatlarında əlaqə saxlamaqla əldə edə bilər. Bu nömrə, həmçinin, Xidmətin internet səhifəsindən asanlıqa əldə edilə bilər. Belə ki, nömrə ilə bağlı çətinlik varsa, aşağıdakı internet səhifəyə doğum tarixi və pasport nömrəsini daxil etməklə öyrənmək olar”.

//eservice.migration.gov.az/public/application-track?lang=az&fbclid=IwAR3oTVfYpiBnXc7LQFV9NI_kgaCjgEK4RDta9GFzeSYV3X1O-LcMFwoZbds

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO