75 yaşlı qadını döyən baxıcıya cinayət işi açıldı

75 yaşlı qadını döyən baxıcıya cinayət işi açıldı

Hazırda oxunan: 75 yaşlı qadını döyən baxıcıya cinayət işi açıldı

0:00
0:00
51119

Bakıda 75 yaşlı qadını döyən baxıcıya cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - ANBAAN VİDEO


Bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılıb.

Qeyd edilib ki, Pirallahı Rayon Prokurorluğunda qeyd edilən faktla bağlı aparılan araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva tərəfindən anasının baxıcısı tərəfindən döyülməsini əks etdirən videogörüntülər də təqdim edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis Şöbəsinə tapşırılıb.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO