Metrodakı nasazlıq az qala hər gün günün mövzusuna çevrilir...- VİDEO

Metrodakı nasazlıq az qala hər gün günün mövzusuna çevrilir...- VİDEO

Hazırda oxunan: Metrodakı nasazlıq az qala hər gün günün mövzusuna çevrilir...- VİDEO

50525
Metropoliten və hər gün bu nəqliyyatın xidmətindən istifadə edən yüz minlərlə sərnişin Tağı Əhmədovlu günlərin xiffətini çəkməkdə davam edir. Srağagün "Elmlər Akademiyası" metrosunun çıxış eskalatorunda yaranan nasazlıq üzündən bir çox sərnişinin təlaş keçirməsi barədə yazmışdıq.
 Dünənsə metronun "Cəfər Cabbarlı"-"Xətai" istiqamətində qatarın xeyli gecikməsi və bu azmış kimi maşinistin platformada 10 dəqiqədən artıq gözləməsi sərnişinlərin ciddi narazılığına səbəb olub. 
Bütün bunlardan bir nəticə çıxır ki, metroplitendə vəziyyət yaxşılaşmaya doğöru getmir və real vəziyyət heç də qurum rəsmilərinin iddia etdikləri kimi deyil.
Moderator.az "Elmlər Akademiyası" stansiyasında eskalatordakı məlum nasazlığın videosunu təqdim edir. Səs-küydən bir çox sərnişin eskalatora minməkdən imtina edib və minənlər də vahimə içərisində tez çıxıb canını qurtarmaq istəyib...

Onu da qeyd edək ki, qurumun yeni rəhbərliyinə qarşı hər hansı qərəzimiz yoxdur və sadəcə elə onun özünü məlumatlandırmağı özümüzə borc bilirik ki, real mənzərəni öz işçilərindən deyil, sərnişinlərdən öyrənsin... 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO